ŞANS Tibb Mərkəzi - Sağlamlığınız bizə əmanətdir
Plazmaferez – xüsusi apparat vasitəsilə qanın filtrasiyası üsulu ilə orqnizmin hüceyrə səviyyəsində təmizlənmə metodudur. Bu üsul bir çox xəstəliklərin müalicəsində tətbiq olunur, hətta bəzi xəstəliklərdə yeganə çıxış yolu hesab edilir. Plazmaferez “plasma” və “aferez” sözlərindən yaranmış və “ plazmanın kənar edilməsi “ mənasını daşıyır. Plazma nədir? Plazma qanın hüceyrəsiz maye hissəsidir. Burada həm faydalı bioloji aktivatorlar, həm də böyrəklərin çıxarmalı olduğu şlakların toplanması baş verir. Plazmada toplanmış məhsullara əsasən daxili orqanların xəstəliklərinə diaqnoz qoyulur. Plazmaferez zamanı qan porsiyası hemokonteynerə toplanır, plazma və formalı elementləri ayrılır, plazma kənar edilərək qan hüceyrələri yenidən orqanizmə qaytarılır.
Plazmaferez aşağıdakı xəstəliklərin müalicəsində tətbiq edilir:
Klinikamızda plazmaferezin sentrifuqalı və membran üsulları ilə həyata keçirilən formaları mövcuddur.