ŞANS Tibb Mərkəzi - Sağlamlığınız bizə əmanətdir
Fizioterapiya xəstəliklərin müxtəlif fiziki faktorlar istifadə etməklə profilaktik üsuludur. Fizioterapiya təbii amillərlə müalicə deməkdir. Bir çox xəstəliklərin profilaktikasında çox gözəl vasitə olan bu üsul bir qayda olaraq ağrısızdır, allergik reaksiyalara səbəb olmur və yan təsirləri yoxdur . Lakin bəzilərinin əks-göstərişləri vardır, ona görə də müalicədən öncə həkimlə məsələhətləşmək lazımdır. Ağır travmalar sonrası reabilitasiya və xroniki iltihabı proseslər zamanı fizioterapiya müalicənin ayrılmaz hissəsidir. Fizioterapiya həm bütün orqanizmə, həm də ayrı nahiyələr üçün tətbiq oluna bilər. Hansı prosedurun olacağı pasientin yaşından, xəstəliyin dərəcəsindən asılıdır.
Bəzi xəstəliklər vardır ki, onların müalicəsi zamanı fizioterapiyadan istifadə eləmək xəstəni cərrahi əməliyyatlardan xilas edir.
Ən son avadanlıqlarla təchiz olunmuş Medera Hospitalın Fizioterapiya şöbəsində çalışan mütəxəssislərimiz dünyanın bir sıra aparıcı ölkələrində tibbi təhsil almış və uzunmüddətli ixtisasartırma kurslarında bilik və bacarıqlarını təkmilləşdirmişdirlər. Sadalanan ən yüksək keyfiyyətləri özündə cəmləşdirən peşəkar həkimlərimiz tərəfindən aparılan müalicələr klinik protokollara uyğun , kompleks şəkildə, müasir fizioterapiyanın ən yeni metodları vasitəsi ilə həyata keçirilir. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edilir. Klinikamızın Fizioterapiya şöbəsinin əsas məqsədi xəstələrin patologiyasına əsaslanaraq fiziki potensiallarını aşkara çıxarmaq, inkişaf etdirmək, normallaşdırmada vasitəçi olmaq və maksimum dərəcədə fərdilik qazandıraraq sosial həyata geri qaytarmaqdır.
Fizioterapiya müalicəsi biologiya, fizika, kimya, elektro-radiotexnika, biofizika, biokimya və kurort müalicələri ilə bağlı olan bir sahədir.
Müasir günümüzdə fizioterapiya müalicəsi ən təhlükəsiz müalicə vasitəsi hesab edilir. Fizioterapiya müalcəsi zamanı digər müalicələr kimi hər şey qeyd olunmalı və diqqətdə saxlanılmalıdır:
Ginekologiya, urologiya və zöhrəvi xəstələrə fizioterapevtik müalicə tətbiq edildikdə onlara fərdi yanaşılır. Müalicənin müddəti xəstəliyin başlanma tarixindən və ağırlıq dərəcəsindən asılı olur. Hamilələrə və azyaşlı uşaqlar diqqətlə yanaşma tələb olunur.
Fizioterapevtik müalicə xəstənin sağalmasını sürətləndirir və onun nadir hallarda fəsadlar meydana gəlir.
Müalicə bədən tərbiyəsi xəstələrin sağalmasına müxtəlif idman hərəkərlərinin tətbiqi ilə fayda verir.
Massaj bədənin istənilən nahiyəsinə tətbiq edilməklə sağalmanı sürətləndirir. Müalicə məqsədilə müxtəlif massaj növlərindən (vibrasiyalı, vakkumla, dairəvi, döyəcləmə və s.) istifadə edilir.
Fizioterapiya tibbin müalicə vasitələrindən biridir. Bu müalicə vasitələri şüalar və insan orqanizminə təbii faktorların süni yollarla tətbiq edilməsindən asılıdır. Fizioterapevtik müalicə üsullarından qədim dövrlrdən istifadə edilir. Fizioterapiya sahəsində aşağıdakı metodlardan istifadə edilir:
Fizioterapiyanın aşağıdakı şöbələri vardır:
Fizioterapiyanın yuxarıda sadalanan bütün şöbələrinin hərəsinin özünəməxsus müalicə üsulları vardır.
Fizioterapiya sahəsində geniş istifadə edilən elektrofarez və fonofarez müalicəsi isə fizioterpiya və farmokolgiya sahaləri arasında qalan müalicə vasitəsidir Belə ki, bu müalicə zamanı dərman preparatları insan orqanizminə elektriklə dəridən ötürülür. Müalicə zamanı dərialtı toxumalara ultrasəs və ya elektriklə dərman preparatlarının ötürülməsi dərman preparatlarının orqanizmin istənilən sahəsinə yerli olaraq tətbiq edilir.
Bir çox xəstəliklərdə fizioterapiya tətbiq olunur.