• [email protected]
  • Azərbaycan,Gəncə ş.,Müseyib Bağırov küç
  • B.e - Ş 09:00-dan 19:00-a

ŞANS Tibb Mərkəzi - Sağlamlığınız bizə əmanətdir

Laboratoriya


Əsas missiyamız ölkə daxilində ən şəffaf, ixtisaslaşmış, keyfiyyətli və təkmilləşmiş laboratoriya xidmətini təmin etməkdir. Həmçinin sahib olduğumuz tibb kollektivinin inkişafına davamlı dəstək olmaq, biliklərinin artırılmasına nail olmaq dəyərlərimizin önəmli bir hissəsidir. Aparılan analizlərin, test cavablarının şəffaf təqdim olunması missiyamızın əsaslarından biridir!

Şans Tibb Mərkəzi  geniş çeşidli laborator müayinələri həyata keçirmək üçün tam avtomatlaşdırılmış və ixtisaslaşmış laboratoriya mərkəzi qabaqcıl səhiyyə standartlarına tam uyğundur. Daima yenilik edən, inkişafın yüksək olduğu nümunəvi bir laboratoriya mərkəzi sayəsində Şans Tibb Mərkəzində  mövcüd olan bütün laboratoriya xidmətlərindən güvənli bir şəkildə yararlanmaq mümkündür.

Keyfiyyət:

Gördüyümüz hər bir işi beynəlxalq standarlara uyğun şəkildə həyata keçirmək ən qabaqcıl məqsədlərimizdən biridir. Müayinə və müalicə prosesini ən yüksək səviyyədə həyata keçirmək, kompleks müalicə həlli təqdim etmək və ən müasir texnoloji avadanlıqlardan istifadə etmək keyfiyyət standartlarımızın əsas özəllikləridir.

Qan alma

Test Növləri

Şans Tibb Mərkəzində  geniş spektrli müxtəlif testlər aparılır.

Kliniki

Biokimyəvi

Koaqulopatoloji

Hematoloji

Seroloji

Immunoloji

Allerqoloji

Hormonlar

Onkomarkerlər

Mikrobioloji –bakterioloji

Infeksion və zooinfeksion xəstəliklərin imunoferment analizi

PCR analizlər (bütün bədən mayeləri, infeksiyalar)

Histoloji analizlər (sitoloji, immunohistokimya)